IQNA

22:29 - December 28, 2011
Xəbər sayı: 2247367

İslam həmkarlar təşkilatı Qüdsü-Şərifin yəhudiləşmə layihəsini tənqid etdi

Beynəlxalq şöbə: İslam həmkarlar təşkilatının baş katibi İkmaləddin Ehsanoğlu yəhudilərin “İsrayilin paytaxtı və yəhudi milləti” adı altında keçirilən layihəsini kəskin tənqid etdi.

İran Quran Xəbər Agentliyi (İQNA): «OIC» xəbər bürosunun məlumatına əsasən, İslam həmkarlar təşkilatının baş katibi bəyannamə nəşr etməklə sionist rejiminin bu addımını təcavüz adlandırdı və aşkar şəkildə Fələstin xalqının hüquqlarının tapdalanması kimi qiymətləndirdi.
Ehsanoğlu həmçinin Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasından və dördlükdən sionist rejiminin irqpərəst təcavüzkar siyasətinin qarşısını almaq və müqəddəs fələstin torpaqlarını qorumağı tələb etdi.
O həmçinin dünya cəmiyyətindən sionist rejimini beynəlxalq qanunlara tabe olmağa məcbur etməsini tələb etdi.
923552
captcha