IQNA

22:19 - January 03, 2012
Xəbər sayı: 2250822
Mədəniyyət və incəsənət şöbəsi: İran mədəniyyət nümayəndələri ilə Azərbaycan respublikası Naxçıvan universitetinin görüşü əsnasında qərara alındı ki, gələn il fərvərdin ayında Naxçıvan və Şirazda beynəlxalq “Sədi” adlı qurultayın keçirilsin.
İran Quran Xəbər Agentliyi (İQNA): islam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, İran İslam Respublikasının mədəniyyət nümayəndəsi Talebi Mətin Azərbaycanın Naxçıvan Dövlət Universitetinin rəhbəri İsa Həbibbəyli ilə görüşündə dedi: İran və Naxçıvan əlaqələrinin hazırki səviyyəsi iki qonşu və qardaş ölkəyə layiq deyil və biz ikitərəfli münasibətlərin inkişaf və tərəqqisinə hazırlaşırıq.
Dey ayının 8-i baş tutan bu görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru da ikitərəfli və qarşılıqlı münasibətlərə işarə edərək dedi: Biz inkişaf etməkdə olan elm və biliklərin sayəsində öz qüdrət və bacarığımıza əsaslanaraq münasibətlərin yüksəlişini təmin etməliyik.
Bu görüşdə hər iki tərəfin- Qərbi Azərbaycanda yerləşən “Pəyame-Nur” universitetinin nümayəndə heyətinin dey ayının ortalarında Naxçıvana, Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin isə bəhmən ayında İrana elmi, mədəni əlaqələrin genişləndirilməsi məqsədilə səfəri qərarlaşdırıldı.
927697
Ad:
E-poçt:
* Comment:
* captcha: