IQNA

19:42 - January 17, 2012
Xəbər sayı: 2258846
Beynəlxalq şöbə: 60 milliyyətdən təşkil olunmuş xarici zəvvarların xüsusi karvanı ötən gün Şəhidlərin rəhbəri olan Həzrəti İmam Hüseyn (ə)-ın ərbəin mərasimində iştirak etmək məqsədilə Kərbəlaya getmişdir.
İran Quran Xəbər Agentliyi (İQNA): İraqın Eba xəbər bürosunun məlumatına əsasən, bu karvanın üzvləri müxtəlif şüarlarla İmam Hüseyn (ə)-ın hərəminə tərəf getməklə Əhli-beyt (ə)-a olan məhəbbətlərini nümayiş etdirmişlər.
İslam alimi Haşim Əl-musəvi bu karvan barədə danışarkən dedi: 60 xarrici millətdən təşkil olunmuş bu İmam Hüseyn (ə) karvanı İmam Hüseyn (ə)-ın əzadarlıq məclisində iştirak etdilər.
O əlavə etdi: Bu insanlar müxtəlif şüarlar səsləndirməklə İmam Hüseyn (ə)-ın pak hərəminə tərəf ayaqla hərəkət etdilər.
Qeyd olunmalıdır ki, Kərbəla şəhərinin dövlət mənbələri zəvvarların sayının 16 milyondan çox olduğunu bildirmişlər və onlardan 500 minini xarici vətəndaşlar təşkil etmişdir. 935088
Ad:
E-poçt:
* Comment:
* captcha: