IQNA

19:04 - January 19, 2012
Xəbər sayı: 2259762
İncəsənət şöbəsi: “Qəzza; müqavimət simvolu” adlı karikatura sərgisinin açılışı dey ayının 28-i saat 17-00-da Fələstinin müasir incəsənət muzeyində oldu.
İran Quran Xəbər Agentliyi (İQNA): Bu sərgi 60-dan çox incəsənət nümayəndələrinin əsərlərini-o cümlədən Məhəmmədrza Dust Muhəmmədi, Mohsen Nuri Nəcəfi, Cəlal Rəhməti, Muhəmmədəli Rəcəbi, Mahmud Nəzəri, Davud Kazimi və Bəhram Ərcoməndniyanın əsərləri nümayiş olunur. Həmçinin, İtaliyadan Elsandr Qato, Bəhreyndən Əli Xəlil, Türkiyədən Askin Ayrankioğlu, Kubadan Enriki Lakuste, İndoneziyadan Citet Kustana, Fələstindən Üməyyə Hica, Braziliyadan Rukland və digər nümayəndələr bu sərgidə iştirak edirlər.
“Qəzza; müqavimət simvolu” karikatura sərgisi Fələstin millətinin müdafiəsi cəmiyyətinin, karikatura mərkəzinin, müasir Fələstin incəsənət muzeyinin, şəhid və fədakarlar cəmiyətinin və Türkiyə ölkəsinin məzlum insanlar təşkilatının həmkarlığı ilə keçirilir.
Bu sərgi ilə maraqlananlar istirahət günlərindən başqa həftənin bütün günləri saat 10-dan 19-a kimi, cümə axşamları saat 10-dan 15-ə kimi Şəhid Müzəffər qardaşları küçəsində yerləşən Fələstin meydanı 74 ünvanına müraciət edə bilərlər. 937359
Ad:
E-poçt:
* Comment:
* captcha: