IQNA

Tatarıstan Respublikasında “İslama görə qadınların rolu” adlı qurultay keçiriləcək

16:58 - February 03, 2012
Xəbər sayı: 2267492
Siyasi və ictimai şöbə: “İslama görə qadınların rolu , müasir dünya və bu cəmiyyətdə qadınların yeri” adlı qurultay bəhmən ayının 11-i Tatarıstan Respublikasının paytaxtı Qazan şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu qurultay İrandan İslam mədəni əlaqələr mərkəzinin qadın şöbəsinin rəhbəri Sədiqə Hicazinin rəhbərliyi ilə göndərilmiş nümayəndə heyətinin , bu ölkənin bir çox ekspert və mütəxəssislərinin iştirakı ilə keçiriləcək.
Bu qurultayla yanaşı “İncəsənət aynasında İran” adlı incəsənət sərgisi də keçiriləcək.
Qeyd etmək lazımdır ki, bu qurultayın sonunda “Farabi” İran musiqi qrupu da çıxış edəcək. 944456
captcha