IQNA

17:20 - February 03, 2012
Xəbər sayı: 2267503

Kərbəlada “Xəbər baharı” adlı 6-cı Quran festivalı keçiriləcək

Beynəlxalq şöbə: “Rəbiul-Resalə” adlı dini və Quran mövzulu 6-cı festival Həzrəti Muhəmməd Mustafa (s) və İmam Cəfər Sadiq (ə)-ın mövludu münasibətilə müqəddəs Kərbəla şəhərində keçiriləcək.

İran Quran Xəbər Agentliyi (İQNA): “Nun” xəbər bürosunun məlumatına əsasən, bu festival bəhmən ayının 19-dan 21-nə kimi İslam Peyğəmbərinin səadət dolu viladəti münasibətilə müqəddəs İmam Hüseyn (ə) və Həzrəti Əbülfəzl Abbas (ə) astanasının təşəbbüsü ilə keçiriləcək.
Bu festivalın keçirən komitənin üzvü Əli Kazım Sultan bu haqda dedi: Bu festival “İslam Peyğəmbəri (s) bəşərin səmavi rəhbəridir” şüarı altında keçiriləcək və bəhmən ayının 19-dan başlanacaq və rəbiül-əvvəl ayının 17-si, yəni bəhmən ayının 21-nə kimi davam edəcək.
Beynəlxalq “Xəbər baharı” adlı festivalın təşkilat komitəsinin üzvü sonda xatırlatdı: bu festival İraq Ali təhsil nazirliyinin tədqiqat mərkəzlərinin həmkarlığı və İraq universitetinin bir sıra dini -elmi şəxsiyyətlərinin iştirakı ilə keçiriləcək. 944970
captcha