IQNA

Qüdsün himayəsi üçün xristian və müsəlman alimlərinin birgə toplantısı keçirildi

19:00 - February 17, 2012
Xəbər sayı: 2275641
Beynəlxalq şöbə: “Qüdsün himayəsi” adlı beynəlxalq toplantı bəhmən ayının 26-sı Əl-əzhər islam mərkəzinin təşəbbüsü ilə bu mərkəzdə keçirildi.
İran Quran Xəbər Agentliyi (İQNA): Misirdə çap olunan “Əl-youmə Əl-sabiu” qəzetinin məlumatına əsasən, bu toplantı Əl-əzhər şeyxi Əhməd Əl-Təyyibin nəzarəti altında Qəzzanın mühasirəsini yarmaq və Qüdsü himayə etmək məqsədilə keçirildi.
Dünyanın ən məşhur müsəlman və xristian rəhbərləri və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri burada iştirak etdilər.
Qüdsün himayəsi komitəsinin baş katibi həmçinin izah etdi: Bundan əvvəl Əl-Əzhərdə “Qüdsə kömək” adlı seminar geniş xalq kütləsinin iştirakı ilə keçirilmişdir. Bu seminarın sonunda isə “Qüdsə kömək həftəsi” keçirildi. 953855
captcha