İQNA xəbər agentliyinin məlumatına görə, Livan parlament sədri Nəbih Bərinin Ali-Xəlifə rejiminin cinayətləri ilə bağlı təsvir sərgisinin haşiyəsindəki çıxışının ardınca Bəhreyn Xarici İşlər naziri Livanın Manamadakı müvəqqəti vəkilini çağırıb və Livanın Bəhreynin daxili işlərinə müdaxilə etməsinə etiraz edib.
Bəhreyn Xarici İşlər nazirinin müavini Həmd amir, Nəbihin çıxışı ilə bağlı etirazını yazılı surətdə Livanın Manamadakı müvəqqəti vəkili Sami Həddada təqdim edib.
Bəhreyn Xarici İşlər nazirliyi Nəbihin sözlərini "yalan və qəribə iddialar" hesab edib və bu məsələnin iki ölkə arasında əlaqələrin pisləşməsinə gətirib çıxara biləcəyini deyib.
"Əl-Aləm"in məlumatına əsasən, Bəhreyn İnsan haqları təşkilatı 26 martda Ali-Xəlifə rejiminin cinayətləri ilə bağlı təsvir sərgisi keçirib.
Nəbih Bəri sərginin açılış mərasimində bəhreynlilərə müraciət edərək deyib: "Siz, hakim zalım rejimin devrilməsini tələb edirsiniz... xalqının xeyrini istəməyən bir rejim, xalq ilə döyüş güllələri, ölüm və qətl ilə üzləşdi.
975971