IQNA

Hindistanda Quran təhsillərinin əsası açıqlandı

13:38 - April 09, 2012
Xəbər sayı: 2300966
Quran İşləri Qrupu: Qurani təhsillərin təməli, 4 apreldə, "İnsan həyatında Qurani-Kərimin lazımlılığı" mövzulu seminar istiqamətində Hindistanın Otar Pradish əyaləti Sonbehl şəhərindəki "Sirac-ul-ulum" məktəbinin səyiylə araşdırılıb qiymətləndirilməsinə qərar verildi.
İran Quran Xəbər agentliyi (İQNA), Qərb və Cənub-qərb Asiya bölgə şöbəsinin xəbərinə görə, Qurani-Kərim təməlinə söykənən təhsilin, 4 apreldə, ‘Qurani-Kərimin insanlıq üçün lazımlılığı' seminarı istiqamətində bu ölkənin din alimləri Məhəmməd Salam, Məhəmməd Noyabrı, Məhəmməd Raşid, Məhəmməd Zülfekar, Məhəmməd Arif, Zakiri və Atarullah Xan tərəfindən araşdırılıb qiymətləndirilməsinə qərar verilmişdir.
Seminar Qurani-Kərim oxunaraq başladı. Ardından Hindistan İslami və dini məktəblərinin alimləri və şagirdləri quran mövzusuyla əlaqədar məqalələrini təqdim etdilər.
Eyni halda tanınmış natiq və alim Məhəmməd Salam danışaraq Quran təlimlərinin dərslərdə tətbiq olunmasının insan həyatı üçün lazımlılığının inkaredilməz olduğunu dedi. Çünki Qurani-Kərim insanların bütün problemlərinə hər vaxt ən yaxşı həll yolları göstərdiyini və bizim bu ilahi kitaba sarılaraq ilahi qiymətli təlimləri və mesajları həyatımıza keçirərək ona görə əməl etməmizin lazım olduğunu söylədi.
979345
captcha