IQNA

Qazaxıstanda alkoqol şüşələri üzərinə "Allah" sözü yazılıb

12:04 - April 12, 2012
Xəbər sayı: 2303239
Beynəlxalq qrup: Alkoqol şüşələri üzərinə "Allah" sözünün yazılması Qazaxıstan müsəlmanlarını qəzəbləndirib.
İQNA xəbər agentliyinin «Times Live» qəzetinə istinadən verdiyi məlumatına görə, Qazaxıstanın Semey şəhər əhalisi “geom” şirkətinin alkoqol şüşələri üzərinə “la ğalibə illəllah” sözünü həkk etdiklərini bildiriblər.
Semey şəhərinin imam cüməsi Qazaxıstanın 31-ci xüsusi kanalında şirkətin bu addımını məhkum etmiş və şirkət rəhbərlərinin müsəlmanlardan üzr istəməsini tələb edib.
Adı çəkilən şirkətin bu təhqiredici işinin nəticəsinndə bir qrup Atyabi şəhər əhalisi etiraz aksiyası keçirib və şirkətin bağlamasını tələb ediblər. Həmçinin etirazçılar şirkət rəhbərlərinin müsəlmanlardan üzr istəmələrini tələb ediblər.
Etirazlardan sonra dövlət rəsmiləri bu şirkətin istehsal etdiyi şərab şüşələrini mağazalardan müsadirə etmişdir.
Qeyd edək ki, Qazaxıstan cəmiyyətinin 65 faizi müsəlmandır və müsəlmanların sayı hər gün çoxalmadadır.
captcha