IQNA

"Beynəlxalq "Əl-Hüda" nəşriyyatı İİR-in dünyadakı Mədəniyyət carçısıdır!"

11:36 - May 08, 2012
Xəbər sayı: 2321127
Elm və Təfəkkür qrupu: Beynəlxalq "Əl-Hüda" mədəni müəssisəsinin və nəşriyyatının müavini dedi: Beynəlxalq "Əl-Hüda" nəşriyyatı İran İslam mədəniyyətini dünyaya yayır.
İQNA xəbər agentliyinin İslami əlaqələr və mədəniyyət şöbəsinin verdiyi xəbərə görə Kəmali - Beynəlxalq "Əl-Hüda" mədəni müəssisəsinin və nəşriyyatının müavini dedi: İran İslam mədəniyyətini daxil və xaricdə yayaraq genişləndirmək bu müəssisənin mühüm hədəflərindəndir. Habelə bu müsəssisə daxili və xarici nəşriyyatlar arasında rabitə yaradaraq müxtəlif kitabların tərcümə və çapına kömək edir və İİR-in nümayəndəsi olaraq xarici sərgilərdə iştirak edir.
Bu müəssisə ki, İslami əlaqələr və mədəniyyət təşkilatının nəzdində fəaliyyət göstərir İSO-9001 şəhadətnaməsi olan yeganə intişaratdır.
1001797

captcha