IQNA

Əl-Əzhər universitetində Quranın və Nəbəvi (s) sünnətin möcüzəsi beynəlxalq yarışı keçiriləcək

18:14 - May 22, 2012
Xəbər sayı: 2331889
Beynəlxalq qrup: Əl-Əzhər universitetində bu universitetin İslami Tədqiqatlar akademiyasının "Quran və Nəbəvi (s) sünnətin elmi möcüzələri" komitəsi tərəfindən Ekologiya elmləri üzrə "Quranın və Nəbəvi (s) sünnətin möcüzəsi" beynəlxalq yarışı keçiriləcək.
İQNA - İran Quran xəbər agentliyinin "İCCUK" saytına istinadən verdiyi xəbərə görə dünya mühəqqiq və tədqiqatçıları 2012-ci il iyun ayının 13-dək eliyə bilərlər öz əsərlərini təyin olunmuş qayda və şərtlərə əsasən deyilmiş mövzu əsasında Əl-Əzhər universitetinə göndərsinlər.
Yarış komitəsi elan edib ki, əsərlər Ərəbcə ya İngiliscə olmalıdır. Əsərlərin əsli və xülasəsi göstərilmiş tarixə qədər komitəyə göndərilməlidir.
Əsərlər toplanıb yoxlanıldıqdan sonra qaliblərin adı açıqlanacaq və üç birinci yeri tutana qiymətli hədiyyələr veriləcək.
Seçilmiş əsərlər Əl-Əzhər universitetinin kitabxanasında saxlanacaq.
Bu yarışın birinci turu keçən il Quranın və Nəbəvi sünnətin Tərbiyəvi möcüzələri adı ilə Əl-Əzhər universiteti tərəfindən keçirilmişdi.
1012200
captcha