İQNA-nın (İran Quran Xəbər Agentliyi) "jam3.org" saytına istinadən verdiyi xəbərə görə çoxlu insanların iştirak etdiyi bu mərasimdə 10 nərər Quran hafizi ardıcıl oxunuş ilə 13 saat müddətində dünyanın (fiziki həcminə görə) ən böyük Quranı xətm edə bilmişlər. Bu Quran Ginnes rekordlar kitabında qeydə alınmışdır.
Mərasimin əvvəlində Məhmud Şərəfəddinov – Kazanın müftisi, Həmd surəsini qiraət etmiş və sonra qarilərdən hər birisi 3 cüz (30 vərəq) oxumuş və 13 saat müddətində Quran xətm olunmuşdur.
Qeyd edək ki, bu mərasim "Bolqarıstan – Volqa" sakinlərinin İslamı qəbul etdiyi gün münasibəti ilə qurulmuşdu. Bu diyarın sakinləri ilk türk tayfaları və tatarların əcdadları olublar ki, 922-ci miladi ilind İslam dinini qəbul ediblər.
1014230