IQNA

9:46 - May 30, 2012
Xəbər sayı: 2337475

Moskvada “İfratçılıq əleyhinə İslami nəzəriyyəçilik” iclası sona yetdi

Beynəlxalq qrup: May ayının 28-də ilk dəfə olaraq Moskvada keçirilən “İfratçılıq əleyhinə İslami nəzəriyyəçilik” iclası “Ritzakarlton” hotelində sona yetmişdir.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) «riadagestan» saytına istinadən verdiyi xəbərə görə bu üç gün müddətində keçirilən toplantıda İslam dünyasının mütəfəkkirləri və Rusiya Müsəlmanlarının dini rəhbərləri İslam hökuməti, İslam şəriəti və Cihad haqqında olan yanlış və ifrati nəzəriyyələri müzakirə etdilər.
İran (İİR), Bəhreyn, İraq, Misr, Livan, Əfqanıstan, Türkiyə, Albaniya, İsveç, Qırqızıstan, Özbəkistan, Mərakeş, Qətər, İordaniya, Tunis, Ərəbistan və başqa ölkələrdən olan yüzlərlər müsəlman alim və İslamşünas bu toplantıda iştirak etdilər.
Bu iclasın sonunda toplantıda hazır olan din alimləri tərəfindən İslam dini adına müxtəlif dini sərhədləri və qanunları pozmağın və ifratçılığın qeyri-şəri və qeyri-islami olması barəsində bəyaniyyə verildi.
Bu hökm Rusiya və başqa öklələr üçün bu cəhətdən əhəmiyyətli idi ki, bu hökm müxtəlif ölkələrdən toplanmış İslam alimlərinin birgə rəyi (icama hokum) ilə oxunmuşdu.
1019767
captcha