IQNA

“İmam Xumeyni (rə) məktəbi və İslam Oyanışı” iclası iyun ayının 5-də İRR-in Xarici İşlər Nazirliyində keçiriləcəkdir

17:18 - June 02, 2012
Xəbər sayı: 2339430
Siyasi qrup: İmam Xumeyni (rə) və Xarici siyasət silsilə toplantıların 6-cı iclası “İmam Xumeyni (rə) məktəbi və İslam Oyanışı” adı ilə İİR-in Xarici İşlər Naziri Əliəkbər Salehinin çıxışı ilə iyun ayının 5-də İRR-in Xarici İşlər Nazirliyində keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) XİN-nin Beynəlxalq və Siyasi araşdırmalar idarəsinin Məlumat və Əlaqələr bürosuna istinadən verdiyi xəbərə görə Böyük İslam İnqilabının Dahi Rəhbəri İmam Xumeyninin (rə) vəfatının 20-ci il dönümü münasibətilə “İmam Xumeyni (rə) və Xarici siyasət” silsilə toplantıların 6-cı iclası“İmam Xumeyni (rə) məktəbi və İslam Oyanışı” adı altında iyun ayının 5-də sübh saat 9:00-da XİN-in Beynəlxalq və Siyasi araşdırmalar idarəsində keçiriləcəkdir.
Xarici və daxili qonaların iştirakı ilə keçiriləcək bu toplantıda İİR-in Xarici İşlər Naziri Əliəkbər Salehi, Xanım Zəhra Müstəfəvi və Kəmal Əl-Bəhlavi – Misirli mütəfəkkir, İslami oyanışlar, İran İslam İnqilabı və İmam Xumeyni (rə) mirası barədə çıxış edəcəklər.

1022301
captcha