İQNA-nın “sotaliraq” saytına istinadən verdiyi xəbərə görə Haşim Əl-Bacəci - Nəcəf-Əşrəf şəhərinin Mədəni-Fikri işlər idarəsinin rəisi deyib: Nəcəf-Əşrəf şəhərində Quran, İslam maarifi kitablarını və başqa mövzuları ehtiva edən 750 əlyazma nüsxə mğvcuddur.
O dedi: Nəcəf-Əşrəf şəhərində Qurani-Kərimin 600 ədəd əlyazma nüsxəsi mövcuddur ki, bu nüsxələr hicrinin birinci və dördüncü əslərinə aiddir.
Şeyx Əli Mərzə Əl-Əsədi - Nəcəf-Əşrəf şəhərinin təlif, nəşr və sənənləşdirmə komitəsinin rəisi dedi: Nəcəf şəhərində ən qədim Nəhcülbəlağənin 400 illik tarixi vardır. Bu şəhərdə nadir və nəfis əlyazma kitablar da mövcuddur ki, Nəcəfin Əlyazma nüsxələr muzeyi təsis edildikdən sonra bu muzeydə sərgiyə qoyulacaqdır.
Nəcəfdə 400 əlyazma kitab təmir edilib və 750 nüsxə kitabda əslinə uyğun olaraq yenidən yazılıbdır. 25 min əlyazma nüsxə də elektron lövhələrdə (CD) nəşr olub. Ümid edirik ki, bu nüsxələr də yaxın gələcəkdə əslinə uyğun olaraq yenidən yazılsın.
Şeyx Şərif Kaşif Əl-Ğita – İraqın Kaşif Əl-Ğita kitabxanasının məsulu, dedi: Bu kitabxanada qədim və nadir İslami kitablar və Quran əlyazma nüsxələri mövcuddur. Həmçinin burada ceyran dərisi üzərinə Kifi xətti ilə yazılmış Quran saxlanılır.
1020513