IQNA

18:58 - June 10, 2012
Xəbər sayı: 2343743

Malaziya “8-ci Beynəlxalq İslam İqtisadıyyatı İclası”na evsahibliyi edəcək

Beynəlxalq qrup: “8-ci Beynəlxalq İslam İqtisadıyyatı İclası” Malaziyanın evsahibliyi ilə cari ilin dekabr ayının 4-dən 6-dək bu ölkənin Coher vilayətinin Coher-Behru şəhərində keçiriləcəkdir.

İQNA-nın Malaziyanın “BERNAMA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə bu iclasda müxtəlif ölkələrdən 1500 nəfərdən çox iştirakçı olacaq və dövlətlərin ali rütbəli məsulları, dövlət başçıları bu iclasda iştirak edəcəklər.
Bu iclasda İslam ümməti üçün vəqf olunmuş kapitallar, Dünya İqtisadının gələcəyi, İslami İqtisad təşkilatları arasında rabitə yaratmaq, İslam İqtisadında xüsusiçiliyin rolu və İslami İqtisadın üzləşəcəyi əngəllər əsas müzakirə obyekti olacaq.
Bu toplantının ilk iclası keçən ilin yazında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş və İslami və qeyri-İslami ölkələr arasında rabitə, rəqabət, şirakət və başqa bir sıra iqtisadi məsələlər müzakirə olunmuşdur.
1026027
captcha