İQNA-nın (İran Quran Xəbər Agentliyi) “LİBERATİON” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Bağdadın Şimal Qərbində Kazimeyn şəhərində İmam Musa Kazım əzadarlarına may ayının 10-da ŞELL əl minaatanı vasitəsilə edilən terrorist hücumu nəticəsində yeddi nəfər şiə ziyarətçi şəhid oldu və iyirmi nəfərdən çox ziyarətçi yaralandı.
İraq Təhlükəsizlik Nazirliyinin məlumatına görə iki dəfə ŞELL əl minaatanı vasitəsilə hücuma məruz qalan əzadarlıq dəstəsi yeddinci İmam Musa Kazımın (ə) şəhadət günü münasibətilə Ziyarətgahın yaxınlığında əzadarlıq edirlərmiş.
Qeyri-rəsmi mənbələrin verdiyi xəbərə görə bu hücumda bir iranlı qadın şəhid olmuş və iki kişi yaralanmışdır.
Hadisə Kazimeynin Qüreyş meydanında olmuşdur.
1027551