İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa region şöbəsinin verdiyi xəbərə görə bu sərgidə müxtəlif növ dini əsərlər, o cümlədən: Quran, Təfsir kitabları, Hədis kitabları və İslami əlyazma nüsxələr sərgiyə qoyulub. Sərgi Krımın Dini İşlər İdarəsinin təşəbbüsü ilə keçirilir. Sərgi iyun ayının 13-dən başlayıb və iyun ayının 20-dək davam edəcəkdir.
Xanım Oksana Alpashkina – Bağçasaray muzeyinin məsulu, deyib: İyun ayının 13-dən başlayıb və iyun ayının 20-dək davam edəcək bu sərgidə Osmanlı imperiyası dövrünə aid olan Quran əlyazma nüsxələri, Təfsir kitabları, Hədis kitabları və İslami əlyazma nüsxələr nümayiş etdirilir.
Bu nüsxələrin çoxu Krım Xanının dövründə müxtəlif ölkələrdən bu ölkəyə daxil edilmiş və Xan məscidinə vəqf edilmişdir.
O dedi: bu gün Bağçasaray muzeyində 400-dən çox qədim əlyazma nüsxələr saxlanılır.
1031677