İQNA-nın (İran Quran Xəbər Agentliyi) CPİ saytına istinadən verdiyi xəbərə görə bu toplantı “Qüds; Bizim birliyimiz simvolu” ilə İngiltərədə yaşayan Fələstinlilərin təşəbbüsü ilə dünən (23 iyun) İngiltərənin London və Mançestr şəhərlərində işə başlayıb və bu gün (24 iyun) öz işinə yekun vuracaqdır.
Bu toplantıya çağırışda deyilmişdi ki, Qüds bu gün hər zamankından daha çox bizim köməyimizə ehtiyac duyur və müsəlmanların birliyi bu şəhərin azadlığı və onun yəhudiləşdirilməsinin qabağını almaq üçün ən zəruri məsələdir... İslami ölkələr özlərinin problemləri olsada Qüdsü yaddan çıxarmamalıdırlar.
Qeyd edək ki, bu toplantı Qüdsü himayə edənlərin ən böyük toplantısıdır.
1036541