Əlirza Bujmehrani - Aygörmə heyətinin üzvü, İQNA (İran Quran Xəbər Agentliyi) ilə müsahibəsində Ramazan ayının hilalının görünməsinin axırıncı vəziyyəti haqqında dedi: Ramazan ayının hilalı Şaban ayının 29-da heç bir İslami ölkədə nə adi göz və nə də təchiz olunmuş görmə vasitələri ilə müşahidə olunmayacaqdır.
İranla qonşu ölkələrdə və Fars körfəzi ölkələrində də vəziyyət belə olacaqdır. Ola bilsin ki, bu ölkələrdə Günəş və Ayın batması eyni zamanda baş versin. Amma hilalıb parametrləri zəif olduğu üçün hətta teleskopla da görünməyəcəkdir.
Hilalın vəziyyəti bu il Afriqa və Asiyada da eyni vəziyyətdə olacaqdır. Buna görə də Şaban ayının 29-da heç bir İslam ölkəsi Ramazan ayının hilalını görə bilməyəcəkdir.
1054628