IQNA

İİR-in XİN-nin sözçüsünün Miyanmarda müsəlmanların öldürülməsinə reaksiyası

17:26 - July 19, 2012
Xəbər sayı: 2372584
Siyasi qrup: Ramin Mehmanpərəst - İİR-nın XİN-nin sözçüsü, Miyanmarda müsəlmanların öldürülməsini məhkum edərək Miyanmar dövlətinin və Beynəlxalq təşkilatların tez bir zamanda bu cinayətin müxtəlif cəhətlərinin işıqlandırılmasını istədi.
İQNA-nın İİR-in XİN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə Ramin Mehmanpərəst - İİR-nın XİN-nin sözçüsü, Miyanmarda müsəlmanların öldürülməsini məhkum edərək Miyanmar dövlətinin, İslami birlik təşkilatının və Beynəlxalq təşkilatların tez bir zamanda bu cinayətin müxtəlif cəhətlərinin və səbəblərinin işıqlandırılmasını istədi.
Ramin Mehmanpərəst - İİR-nın XİN-nin sözçüsü, dedi: Bütün məktəblərdə müxtəlif dinlərin davamçılarına ehtiram qoymaq, dini və milli azlıqların hüquqlarının qorunması qəbul edilmiş bir qanundur. İntizarımız budur ki, Miyanmar dövləti müxtəlif din və tayfaların sülhamiz və birgə yaşaması və müsəlmanların hüquqlarının qorunması üçün lazımlı şəraiti yaratsınlar.
1055058
captcha