IQNA

Pakistanda Mehdiçilik və Əsrin İmamı (ə.c) müntəzirlərinin vəzifələri məsələsi araşdırıldı

16:40 - July 31, 2012
Xəbər sayı: 2382274
Təfəkkür qrupu: Pakistanda Mehdiçilik və Əsrin İmamı (ə.c) müntəzirlərinin vəzifələri məsələsini "İmam Zamanın (ə.c) müntəzirləri" adı altında Pakistanın Pəncab vilayətinin Siyalkut şəhər Cəfəri Şiələri Təşkilatı tərəfindən keçirilən bir toplantıda araşdırıldı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın qərb regionu şöbəsinin verdiyi xəbərə görə Pakistanın dini alim və mütəxəssisləri Mehdiçilik və Əsrin İmamı (ə.c) müntəzirlərinin vəzifələri məsələsini cümə günündən birinci günədək (3 gün müddətində) "İmam Zamanın (ə.c) müntəzirləri" adı altında Pakistanın Pəncab vilayətinin Siyalkut şəhər Cəfəri Şiələri Təşkilatı tərəfindən keçirilən bir toplantıda müzakirə etdilər.
Bu toplantıda Mehdiçilik, İntizar, İntizar fəlsəfəsi, müntəzirin vəzifəsi və vahid dünya hakimiyyəti kimi mövzular müzakirə edilmişdir.
1067088
captcha