IQNA

İtaliyalı Hafiz ən yaxşı Tərtil oxuyan (Mürəttil) seçildi

18:10 - August 08, 2012
Xəbər sayı: 2388731
Beynəlxalq qrup: İtaliyanın Dubay Mükafatı Beynəlxalq Quran yarışlarındakı nümayənədsi bu yarışların hayişəsində keçirilən "Ən Gözəl Tərtil" müsabiqəsində iştirak edərək birinci yerin qalibi oldu.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Dubay Mükafatı Beynəlxalq Quran yarışlarının 16-cı turuna ezam etdiyi jurnalistin verdiyi hesabata görə on gecə keçirilən bu yarışlarda 88 nəfər yarışçının arasından 10 nəfər bu müsabiqənin haşiyəsində keçirilən "Ən Gözəl Tərtil" yarışı üçün seçilmişdi ki, onların arasından İtaliyalı Hafiz birinci yerin qalibi oldu.
Tərtil müsabiqəsində İran, Belçika, İtaliya, Yəmən, Tanzaniya, Mərakeş, Əfqaıstan, Kanada, Liviya və Küveytdən iştirakçılar var idi.
Tərtil yarışlarının hakimləri Suriya, Misir və BƏƏ-dən idilər.
Bu yarışların 11-ci gecəsində qaliblər mükafatlandırıldıqdan sonra İQNA-nın (İran Quran Xəbər Agentliyi) ezam etdiyi jurnalist də yaxşı fəaliyyətinə görə mükafatlandırıldı.
Qeyd edək ki, Dubay Mükafatı Beynəlxalq Quran yarışları hər il Ramazan ayının birindən 20-dək keçirilir. Bu yarışlar 21 yaşdan aşağı yeniyetmələrə məxsus keçirilir.
1072912
captcha