İQNA-nın (İran Quran Xəbər Agentliyi) İİR-in Silahlı Qüvvələr Qərargahının ümumi əlaqələr idarəsinə istinadən verdiyi xəbərə görə Sərdar Seyid Məsud Cəzairi - İİR-in Silahlı Qüvvələr Qərargahının Bəsic və Müdafiə mədəniyyəti işləri üzrə müavini, ABŞ-ın hərbu gəmisinin Yaponiyanın neftdaşıyan gəmisi ilə toqquşması haqqında deyib: Şübhəsiz ki, ABŞ hərbiçiləri Fars körfəzi regionunda təhlükəsizliyi pozur və bu kimi hadisələr öncədən də gözlənilirdi.
Sərdar Seyid Məsud Cəzairi - İİR-in Silahlı Qüvvələr Qərargahının Bəsic və Müdafiə mədəniyyəti işləri üzrə müavini, Fars körfəzi ölkələrinə xitab olaraq deyib: Fars körfəzi ölkələri regionda təhlükəsziliyin kamil qorunması üçün çalışmalıdırlar. Bu sahildə yaşayan xalqlar xarici hərbiçilərin regionda hüzurundan narahatdırlar. Biz dəfələrlə demişik ki, Fars körfəzi ölkələrinin təhlükəsizliyi ABŞ hərbiçilərinin regiondan çıxmasına bağlıdır.
1078293