İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ərəbistanın İslam xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya və BƏƏ şənbə gününü (altıncı gün) Ramazan ayının axırıncı günü və bazar gününü (19 avqust) Şəvval ayının birinci günü hesab edərək 19 avqustu Fitr bayramı elan etdilər.
Əvvəlcə Ərəbistanın aygörmə heyəti bazar gününü və Ərəbistandan sonra isə Küveytin hilal müşahidı komitəsi elan etdi ki, 1433-cü hicri-qəməri ilinin Ramazan ayı 30 günlükdür və 19 avqust (bazar günü) Fitr bayramıdır.
BƏƏ-nin də astronomikləri bazar gününü bayram elan etdilər.
Bu il bazar gününü Fitr bayramı hesab etməklə bu ölkələrdə Ramazan ayı 30 günlük olacaqdır.
1081310