IQNA

Qoşulmama Hərəkatına üzv ölkə başçılarının iclası Ali Dini Liderin iştirakı ilə işə başladı

11:10 - August 31, 2012
Xəbər sayı: 2402031
Siyasi qrup: Qoşulmama Hərəkatına üzv ölkə başçılarının 16-cı zirvə görüşü Ali Dini Lider Vəliyyi Əmri Müslimin İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə avqust ayının 30-da Tehranda Başçıların İclas salonunda işə başladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Qoşulmama Hərəkatına üzv ölkə başçılarının 16-cı zirvə görüşü Ali Dini Lider Vəliyyi Əmri Müslimin İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə dünən avqust ayının 30-da Tehranda Başçıların İclas salonunda Quran tilavəti və İranın milli marşının oxunuşu ilə işə başladı.
Bu iclasda 120 ölkənin başçısı və vəzifəliləri iştirak edirlər.
Bu iclas avqust ayının 26-dan "Əbədi sülh, müştərək dünya müdiriyyəti sayəsində" şüarı ilə işə başlamışdır. İclasda 16-cı görüşün sənədləri təsdiqlənmiş və iclasın qətnaməsinin təsdiqlənməsi üçün üzv ölkələrin xarici ilşlər nazirlərinə təqdim edilmişdir.
Bu iclasda İran İslam respublikası gələn üç il üçün hərəkatın rəisi seçildi. Misirin XİN-in müavini hərəkata rəisliyi İran XİN Əliəkbər Salehiyə təqdim etdi.
Bu iclasda Fiji və Azərbaycan respublikaları Qoşulmama hərəlatına üzv qəbul edildilər və ilk dəfə olaraq bu hərəkatın zirvə görüşündə iştirak etdilər.
İclasda başçıların görüşü dünən başlamış və bu gündə davan edəcəkdir. İclasın sonundaAli Dini Lider Vəliyyi Əmri Müslimin İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Seyid Əli Xamənei çıxış edəcəkdir.
Ali Dini Lider Vəliyyi Əmri Müslimin İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Seyid Əli Xaməneidən sonra isə Misirin prezidenti Məhəmməd Mersi keçən üç il ərzində hərəkatın fəaliyyəti barədə məruzə edəcəkdir. Sonra isə İİR-in prezidenti Əhmədinicat çıxış edəcəkdir.
Bakin Mun – BMT-in baş katibi, İslami yoldaşlıq təşkilatı katibinin müavini və Ərəb birliyinin baş katibi bu iclasın xüsusi qonaqlarıdırlar.
1087880
captcha