İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Ayətullah İmam Xaməneinin dəftərxanasının saytına istinadən verdiyi xəbərə görə Qoşulmama Hərəkatına üzv ölkə başçılarının 16-cı zirvə görüşü Ali Dini Lider Vəliyyi Əmri Müslimin İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə dünən avqust ayının 30-da Tehranda Başçıların İclas salonunda Quran tilavəti və İranın milli marşının oxunuşu ilə işə başladı.
İslam İnqilabının böyük rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xamənei Qoşulmama Hərkatının XVI iclasının açılış mərasimində 5 qitədən olan120 ölkə başçısının və vəzifəli şəxslərinin hüzurunda mühüm bir çıxışında dünyanın nigaranedici bir nöqtədə və çətin bir tarixi keçid dövründə olduğuna işarə edərək dedi:
"Dünyadakı beynəlxalq səhv həndəsədən, eybli quruluşlardan, ədalətsizlikdən dünya xalqlarının xüsusilədə qərb millətlərinin səbr kasası dolmuşdur. Qoşulmayanlar Hərəkatı yeni bir ictimiyyətin yaranması üçün ciddi çalışmalıdırlar. Bu hərəkatın üzvləri öz imkanlarından istifadə edərək dünyada təhlükəsizliyin bərpasında tarixi və əbədi bir rol oynaya bilərlər".
Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xaməneinin çıxışından bir neçə söz:
"Biz bura toplaşmışıq ki, Allahın köməyi ilə 60 il bundan öncə təsis olunmuş bu hərəkata yeni can verək...
Bizi bura din, millət və coğrafiya cəm etməyib, bəlkə yığışmağımızın səbəbi birgə ehtiyaclarımızdır. Biz bu birliklə eliyə bilərik müstəkbir və doymayan iqtisadi mafiyaların əlindən nicat tapaq.
İslam bizə öyrədib ki, insanların pak fitrəti ədalət, xeyir əməl və həmdərd olmağı sevir. Bu pak fitrət insanları Allahı tanımağa dəvət edir. Biz bu pak fitrəti azdırıcı maneəlrdən qoruya bilsək mənəviyyatı, azadlığı və ədaləti yer üzünə hakim edə bilərik. Əgər bu fitrət beynəlxalq əlaqələrə hakim olsa insanlar bir-biri ilə sağlam iqtisadi və ictimai əlaqələr qura biləcəklər.
Amma bu pak fitrətin ali hədəflərinin qarşısını Amerika kimi təcavüzkar qüvvələr öz alçaq hədəfləri ilə almışdır.
Qoşulmayanlar hərəkatının hədəfi istemarı məhv etmək və mədəni, siyasi və iqtisadi azadlıq qazanmaqdır. Bu hərəkata üzv olanlar təcavüzkarların mənfur siyasətlərində iştirak etməməlidirlər. Bu nizam insanların və millətlərin hüquqlarını bərpa etməlidir.
Son vaxtlarda diktatorların yenilməsi bu hərəkata öz hədəflərini həyata keçitmək üçün yeni imkanlar yaradıb. Bundan istifadə edib dünyanın idarəsində layiqli rol oynamaq lazımdır. Ola bilər şayəd bu fürsət birdə ələ düşməsin. İcazə verməyin dünyanı bir-neçə qərb ölkəsi idarə etsin. Dünya demokratik şəkildə idarə edilməlidir.
İndiki BMT və BMT-nin milli təhlükəsizlik şurası məntiqsiz, ədalətsiz və qeyri-demokratik bir sistemdir. Bu təşkilatın istifadə müddəti keçmiş və köhnəlmişdir. Amerika və Qərb ölkələri bu təşkilatdan öz xeyirlərinə istifadə edirlər. Onlar demokratiya, insan haqları adına və terrorizimlə mübarizə bəhanəsi ilə ölkələrə silahlı hücüm edirlər. Onlar üçün Afriqa və Asiya insanın dəyəri yoxdur. Onlar silahlarını bu iki qitənin insanları üzərində sınaqdan çıxarırlar. Amerika və Sionistlərin etdiyi zülm və işkəncələri ədalətli sayırlar. Dünyanın mextəlif yerlərində gizli zindanlar icad ediblər. Öz mənfəətlərini beynəlxalq qanun adı ilə xalqlara yükləyirlər. Başqalarının doğru sözünü yalan öz yalanlarını doğru adlandırırlar.
Bu nöqsanlı vəziyyət artıq dözülməzdir! Bütün xalqlar bu yalançı siyasətlərdən cana doymuşdur! Amerika və Avropa millətləri öz başçılarının əlindən təngə gəlmişlər! Bu qeyri-məntiqi vəziyyəti dəyişmək lazımdır! Qoşulmayanlar hərəkatının möhkəm birliyi bu xəstə dünyaya dərman ola bilər!
Nüvə silahları dünyanın əmniyyətin qoruya bilməz. Necə ki, SSR-i kimi bir qurluşu qoruyub saxlaya bilmədi. Bu gündə nüvə silahı olan ölkələrdə təhlükəsizlik aşağı dərəcədədir və cinayətlərin sayı çoxdur.
İran İslam Respublikası nüvə silahından və kimyəvi silahlardan istifadəni ən böyük və bağışlanmaz günah sayır. Bizim şüarımız "Nüvə silahı olmayan Orta Şərq"dir. Bu o demək deyil ki, biz nüvə enerjisindən sülhamiz istifadə də etməyəcəyik. Bu enerjidən Sülh məqsədli istifadə bütün xalqların haqqıdır.
Amerika və Sionist hamıdan çox bu silahlara sahibdir. Amma bu gün yalandan nüvə silahları ilə mübarizə daşını sinəsinə vurur. Onlar millətləri nüvə silahı ilə qorxudur və bundan utanmırlar.
Bizim şüarımız: "Nüvə enerjisi hamı üçün, nüvə silahı heç kəs üçün"dür.
Biz deyirik ki, Fələstin yalnız fələstinlilərə məxsusdur. Sionist rejimi işğalçıdır. Fələstinin işğalı dünya üçün böyük təhlükədir!
Böyük Rəhbərin Qoşulmama Hərəkatının sammitindəki bəyanatının tam mətni:
Siz əziz qonaqlara, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçıları və nümayəndə heyətlərinə, eləcə də bu böyük beynəlxalq iclasdakı digər iştirakçılara “xoş gəldiniz” deyirəm.
Biz bura toplaşmışıq ki, Allahın köməyi və hidayəti ilə ötən 6 onillikdə bir neçə qayğıkeş və məsuliyyətli rəhbərin sayıqlığı və şücaəti ilə əsası qoyulmuş hərəkət və cərəyanı hazırkı dünyanın ehtiyac və mövqelərinə əsasən davam etdirək. Belə ki, ona yeni bir can və hərəkət bəxş edək.
Yaxın və uzaq coğrafi bölgələrdən bura toplaşmış əziz qonaqlarımız müxtəlif xalqlar və irqlərə aiddir və müxtəlif inanc, mədəniyyət, tarix və irslərə malikdirlər. Lakin 1955-ci ildə məşhur Bandonq konfransında bu hərəkatın təsisçilərindən biri Əhməd Sokarnonun dediyi kimi Qoşulmama Hərəkatının təşkilinin əsası, coğrafi ya irqi və dini vəhdət deyil, əksinə ehtiyac duyulan vəhdətdir. O gün Qoşulmama Hərəkatına üzv ölkələr onları zalım, doymayan və qüdrət şəbəkələrinin müstəmləkəçilərindən qoruya bilə bağa ehtiyaclı idilər. Hazırda müstəmləkəçi vasitələrin inkişafı və genişlənməsi ilə bu ehtiyac hələ də mövcuddur.
Mən istəyirəm başqa bir həqiqəti açıqlayam:
İslam bizə öyrədib ki, insanlar irqi, dil və mədəni uyğunlaşmayan məsələlərin mövcud olmasına baxmayaraq, eyni fitrətə malikdirlər. Belə ki, bu fitrət onları paklıq, ədalət, xeyirxahlıq, dərdinə şərik çıxmaq və əməkdaşlığa çağırır. Əgər bu eyni fitrət yayındıran istəklərdən sağ-salamat keçərsə, insanları tövhidə və Allah-taalanın zatının mərifətinə doğru hidayət edir.
Bu parlaq həqiqət bir neçə potensiala malikdir və azad, başıuca və ədalət və inkişafa malik cəmiyyətlərin təşkilinin əsası və arxası olmaq iqtidarındadır. Mənəviyyat şüasını insanların bütün maddi və dünyəvi fəaliyyətlərinə nüfuz etdirə və onlar üçün ilahi dinlərin vəd etdiyi axirət behiştindən əvvəl dünya behiştini yarada bilər. Eləcə də həmin müştərək və eyni həqiqət zahiri forma, tarixi, regional və coğrafi keçmiş baxımından bir-birinə oxşarlığı olmayan xalqların qardaşlıq əməkdaşlıqlarının təməl daşı ola bilər.
Beynəlxalq əməkdaşlıqlar hər vaxt belə təməl daşı üzərində möhkəmlənərsə, dövlətlər öz aralarındakı münasibətləri qorxu, təhdid, yaxud ekspansionistik, birtərəfli mənafe və yaxud xain və özünü satan şəxslərin vasitəçiliyi ilə deyil, sağlam və müştərək mənafe əsasında və ondan daha üstünü insanlıq mənafeyi üzərində qura və öz ayıq vicdanını və xalqlarının düşüncəsini qalmaqallardan rahat saxlaya bilərlər.
Bu amal zalım quruluşun qarşısında dayanır. Zalım quruluşda son əsrlərdə qərbin müstəmləkəçi qüdrətləri, hazırda isə zorakı və təcavüzkar ABŞ hökuməti onun iddiaçısı və qarovulçuları olmuşlar.
Əziz qonaqlar!
Hazırda Qoşulmama Hərəkatının əsas amalları 6 onillikdən sonra hələ də gündəmdədir və aktualdır. Müstəmləkəçiliyə qarşı olmaq, siyasi, iqtisadi və mədəni müstəqillik, qüdrət qütbləri qarşısında məsuliyyətli olmamaq və üzv ölkələr arasında həmrəylik və əməkdaşlığın artırılması kimi amallar. Dünyanın bugünkü həqiqətləri o amallarla məsafəyə malikdir. Lakin kollektiv iradə və həqiqətlərdən keçmək üçün hərtərəfli səy və amalları əldə etmək çoxlu çətinliklərə baxmayaraq, ümidverici və səmərəlidir.
Biz yaxın keçmişdə soyuq müharibə dövrü, eləcə də ondan sonra birtərəflilik siyasətlərinin məğlubiyyətlərinin şahidi olmuşuq. Dünya bu tarixi təcrübədən dərs alaraq yeni beynəlxalq quruluşu yaratmaqdadır və Qoşulmama hərəkatı bacardığı yenilikçi rolunu oynaya bilər. Bu quruluş hamının iştirakı və xalqların hüquqi bərabərliyi əsasında olmalı və bizim həmrəyliyimiz bu hərəkata üzv ölkələr bu yeni quruluşun formalaşması üçün hazırkı əsrin bariz zəruri məsələlərindəndir.
Xoşbəxtlikdən beynəlxalq proseslərin perspektivi yeni neçə cəhətli bir quruluşun müjdəsini verir. Bu yeni neçə cəhətli quruluşda keçmiş qüdrət qütbləri öz yerlərini müxtəlif iqtisadi, ictimai və siyasi tələbləri olan müxtəlif ölkə, mədəniyyət və sivilizasiyalar toplusuna verirlər.
Son 3 onillikdə şahidi olduğumuz sensasiyalı hadisələr açıq-aşkar göstərir ki, köhnə qüdrətlərdə zəifliyin büruzə verməsi ilə yeni qüdrətlərin gəlişi olmuşdur. Qüdrətin bu tədrici yerdəyişməsi Qoşulmama Hərəkatına üzv ölkələrə fürsət yaradır ki, beynəlxalq səhnədə layiqli və təsirli rolu öz üzərinə götürsün və dünya səviyyəsində həqiqi iştirakla ədalətli bir idarəçiliyə zəmin yaratsınlar. Biz Qoşulmama Hərəkatına üzv ölkələr uzunmüddətli bir dövrdə müxtəlif baxış və ideyaların mövcud olmasına baxmayaraq, müştərək amallar çərçivəsində öz həmrəylik və bağlılığımızı qoruya bilmişik. Bu sadə və kiçik bir nailiyyət deyil. Bu bağlılıq ədalətli və humanist quruluşun əsas bünövrəsi ola bilər.
Dünyanın hazırkı şəraiti Qoşulmama Hərəkatı üçün bəlkə də təkrar olunmayacaq bir fürsətdir. Sözümüz budur ki, dünyanın idarə edilmə otağı bir neçə qərb ölkəsinin diktaturası ilə idarə olunmamalıdır. Gərək beynəlxalq idarəçilik səhnəsində beynəlxalq demokratik iştirak formalaşsın və zəmanət verilsin. Bu, bir neçə zorakı və müstəmləkəçi ölkələrdən birbaşa və yaxud dolayısı ilə ziyan görən və görməkdə olan bütün ölkələrin ehtiyacıdır.
BMT Təhlükəsizlik Şurası qeyri-məntiqi, ədalətsiz və tam qeyri-demokratik bir quruluşa malikdir. Bu açıq-aşkar bir diktatura köhnə və istifadə müddəti keçmiş bir vəziyyətdir. Elə bu yanlış quruluşdan sui-istifadə ilə ABŞ və müttəfiqləri şərafətli məzmunlar örtüyü altında öz zorakılıqlarını dünyaya qəbul etdirmək istəyirlər. Onlar deyirlər ki, “insan haqları” və qərbin mənafelərini ortaya atırlar; Deyirlər ki, “demokratiya” ölkələrdə hərbi müdaxiləni onun yerinə yerləşdirirlər; Deyirlər ki, “terrorizmlə mübarizə” kənd və şəhərlərdə müdafiəsiz insanları öz bombaları və silahlarına qurban edirlər. Onların baxışınca, bəşəriyyət 1, 2 və 3-cü dərəcəli vətəndaşlara bölünür. Asiya, Afrika və Latın Amerikasındakı insanın canı ucuz, ABŞ və Qərbi Avropada isə bahalı qiymətləndirilir. İşgəncə və terror amerikalı, sionist və onların oturtduqlarının əli ilə həyata keçirilir və icazəlidir və buna tamamilə göz yumulur. Müxtəlif qitələrdə bir neçə bölgədə onların gizli məhbəsləri müdafiəsiz, vəkilsiz və mühakiməsiz məhbuslarla ən pis və nifrətlə dolu rəftarların şahididir. Vicdan onları incitmir. Pis və yaxşı, tamamilə seçimli və birtərəfli şəkildə tərif olunur. Öz mənafelərini “beynəlxalq qanunlar” adı ilə, öz qeyri-qanuni və hökmranlıq sözlərini “beynəlxalq ictimaiyyət” adı ilə xalqlara qəbul etdirirlər və monopoliyada olan mütəşəkkil media ilə öz yalanlarını doğru, batillərini haqq, öz zülmlərini isə ədalətsevərlik kimi göstərirlər. Qarşıda isə onların yalanlarını ifşa edən hər bir haqq söz yalan və hər haqq tələbi üsyançı adlandırırlar.
Dostlar! Bu nöqsanlı və ziyanla dolu vəziyyət davam edə bilməz. Hamı bu yanlış beynəlxalq həndəsi formadan yorulub. ABŞ-da sərvət və qüdrət mərkəzlərinə qarşı bu ölkə xalqının 99%-lik hərəkatı və Qərbi Avropa ölkələrində öz hökumətlərinin iqtisadi siyasətlərinə qarşı ictimai etirazlar xalqların səbir və dözüm kasalarının bu vəziyyətə görə daşdığını göstərir. Bu qeyri-məntiqi vəziyyətə əlac etmək lazımdır.
Qoşulmama Hərəkatına üzv ölkələrin möhkəm, məntiqi və hərtərəfli bağlığı əlac yolunun tapılmasında və o yolda hərəkət etməkdə dərin təsirlər qoya bilər.
Hörmətli qonaqlar!
Hazırkı dünyamızın beynəlxalq sülh və təhlükəsizlik məsələsi kimi əsas məsələləri vardır. Kütləvi qırğın və faciəvi silahların məhv edilməsi təcili və hamının tələb etdiyi zəruri bir məsələdir. Hazırkı dünyada təhlükəsizlik müştərək və ayrı-seçkiliyi qəbul etməyən məsələdir. Öz cəbbəxanalarına bəşəriyyətə qarşı silahları yığanların özlərini beynəlxalq təhlükəsizliyin bayraqdarı hesab etmək haqları yoxdur. Bu, şübhəsiz, təhlükəsizliyi onların özü üçün də töhfə gətirə bilməyəcək. Hazırda çox təəssüflə müşahidə olunur ki, daha çox nüvə silahlarına malik ölkələr bu ölümcül vasitələri öz hərbi doktrinasından çıxarmaq üçün həqiqi və ciddi iradə göstərmirlər və onu hələ də, öz beynəlxalq və siyasi yerinin müəyyənləşməsində önəmli göstərici və hədəni aradan qaldıran amil hesab edirlər. Bu təsəvvür, ümumiyyətlə rədd və təkzib olunur.
Atom silahı nə təhlükəsizliyin təminatçısı, nə də siyasi qüdrətin möhkəmlənməsinin əsasıdır. Əksinə bu ikisi üçün təhdiddir. 1990-cı onilliyin hadisələri göstərir ki, bu silahlara malik olmaq sabiq SSRİ kimi rejimi də qoruya bilmədi. Hazırda da atom bombasına malik olmaqla təhlükəli gərginliklərin dalğaları ilə üzləşən ölkələri tanıyırıq.
İran İslam Respublikası atom, kimyəvi və ona bənzər silahlardan istifadəni böyük və bağışlanmaz günah sayır. Biz “Atom silahı olmayan Yaxın Şərq” şüarını irəli sürmüşük və ona sadiqik. Bu, nüvə enerjisindən sülhməramlı yararlanma haqqına göz yummaq və nüvə yanacağı istehsal etməmək mənasında deyil. Bu enerjidən sülhməramlı istifadə beynəlxalq qanunlara əsasən bütün ölkələrin haqqıdır. Hamı ölkənin və xalqlarının müxtəlif əsaslı istifadələrində bu sağlam enerjidən yararlanmalıdır və bu hüququn tətbiqində başqalarından asılı olmamalıdır. Özü atom silahına malik və bu qeyri-qanuni işə əl atan bir neçə qərb ölkəsi nüvə enerjisinin istehsalı potensialını da öz monopoliyasında saxlamaq niyyətindədir. Sirli bir hərəkət formalaşmaqdadır. Belə ki, beynəlxalq adı altında mərkəzlərdə, lakin əslində bir neçə qərb ölkəsinin pəncəsində nüvə enerjisinin istehsalı və satışı monopoliyasını təsbit və daimi etmək istəyirlər.
Günümüzün acı həqiqəti budur ki, daha çox ölümcül atom silahlarına, digər kütləvi qırğın silahlarına malik və ondan istifadədə yeganə cinayətkar olan ABŞ hökuməti hazırda nüvə şüasına qarşı müxalifət bayrağını öz çiyninə götürmək istəyir! Onlar və qərbli şərikləri qəsbkar sionist rejimini atom silahları ilə təchiz ediblər və bu həssas region üçün böyük təhdid yaratmışlar. Lakin elə bu aldadıcı toplu müstəqil ölkələrin nüvə enerjisindən sülhməramlı istifadə etməsinə tab gətirə bilmirlər və hətta radiator və digər sülhməramlı istifadə üçün nüvə enerjisinin istehsalını var-gücləri ilə münaqişəyə çevirirlər. Onların yalançı bəhanəsi atom silahının istehsalı qorxusudur. İran İslam Respublikası barəsində onlar özləri bilirlər ki, yalan danışırlar. Lakin mənəviyyatdan əsəri belə olmayan siyasətləri yalanı da icazəli hesab edir. Görəsən XXI əsrdə nüvə təhdidi dili ilə danışan və utanmayan yalan danışmaqdan həya edərmi?!
Mən bildirirəm ki, İslam Respublikası heç vaxt atom silahı ardınca deyil və heç vaxt nüvə enerjisindən sülhməramlı istifadə istiqamətində öz xalqının hüququna göz yummayacaq. Bizim şüarımız “nüvə enerjisi hamı üçün; atom silahı heç kim üçün”-dür. Biz bu hər iki sözə sadiq olacağıq və bilirik ki, Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində nüvə enerjisinin istehsalında bir neçə qərb ölkəsinin monopoliyasının sınması bütün müstəqil ölkələr, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələrin xeyrinədir.
ABŞ və müttəfiqlərinin hərtərəfli zorakılıq və təzyiqləri qarşısında uğurlu müqavimətin 3 onillik təcrübəsi İslam Respublikasını bu qəti inama çatdırıb ki, vahid bir xalqın müqaviməti və qətiyyətli iradəsi bütün düşmənçilik və inadkarlıqlara qələbə çala və öz ali məqsədlərinə doğru fəxrli yolu aça bilər. İranın son iki onillikdəki hərtərəfli inkişafları hamının gözü qarşısında olan və beynəlxalq rəsmi hesabatçıların dəfələrlə etiraf etdiyi həqiqətdir. Bütün bunlar sanksiya, iqtisadi təzyiqlər və ABŞ və sionizmdən asılı şəbəkələrin təbliğat hücumu şəraitində baş vermişdir. Hədyan danışanların iflic edən adlandırdıqları sanksiyalar bizi iflic edə bilməyib və bilməyəcək, üstəlik bizim addımlarımızı daha möhkəm, səyimizi daha yüksək, arxayınlığımızı öz doğru təhlillərimizdə, eləcə də xalqımızın daxili potensialında qətiləşdirmişdir. Biz dəfələrlə belə problemlərdə Allah-taalanın dəfələrlə-dəfələrlə köməyini gözlə görmüşük.
Əziz qonaqlar!
Burada çox önəmli bir məsələni açıqlamağı lazım bilirəm. Baxmayaraq ki, bizim regionumuza aiddir. Lakin onun geniş cəhətləri regiondan kənara çıxıb və beynəlxalq siyasəti ötən bir neçə on il ərzində təsir altına almışdır. Bu məsələ dərdli Fələstin məsələsidir. Bu hadisənin ixtisarı budur ki, müstəqil və aydın tarixi kimliyə malik Fələstin adlı bir ölkə XX əsrin 40-cı illərində İngiltərənin başçılığı ilə qərbin dəhşətli məkrli planı əsasında onun xalqından qəsb edilmiş, silah və qırğın gücünə aldadılmış, əsasən Avropa ölkələrindən mühacirət etmiş camaata verilmişdir. Əvvəldə şəhər və kəndlərdə müdafiəsiz insanların kütləvi şəkildə qırğınları insanların öz ev-eşiklərindən sərhəd ölkələrə qovulmaları ilə yanaşı olmuşdur. 6 on ildən çox zaman ərzində bu cinayətlər hələ də davam etmişdir və bu gün də davam edir. Bu bəşər ictimaiyyətinin önəmli məsələlərindən biridir. Qəsbkar sionist rejimin siyasi və hərbi başçıları bu müddət ərzində heç bir cinayətdən çəkinməmişlər. İnsanların kütləvi qırğını, evləri və əkin sahələrinin məhv edilməsi, kişi-qadın, hətta onların uşaqlarının həbs olunaraq işgəncə edilməsindən tutmuş bu xalqı təhqir etmək və hörmətsizlik, sionist rejimin haramxor mədəsində onun həzminə və məhvinə çalışmağa və Fələstində və milyonlarla didərgini özündə yerləşmiş qonşu ölkələrdə onların düşərgələrinə hücuma qədər. “Səbra”, “Şətila”, “Qana”, “Deyr Yasin” və bunu kimi adlar məzlum Fələstin xalqının qanı ilə bizim regionun tarixində qeyd olunub. Hazırda da 65 ildən sonra hələ də bu cinayətlər işğal olunmuş ərazilərdəki sionist vəhşi canavarların qalıqlarının rəftarında özünü əks etdirir. Onlar müntəzəm şəkildə yeni cinayətlər yaradır və regionu yeni böhranla üzləşdirirlər. Çox az gün olur ki, öz vətəni və izzətini müdafiə və öz ev və əkin sahələrinin dağıdılmasına qarşı etiraz edən gənclərin qətli, yaralanması və yaxud həbs olunması ilə əlaqədar xəbər eşidilməsin. Faciəvi müharibələr yaradan, ərəb diyarlarını işğal və insanları kütləvi şəkildə qırğın edən və region və dünyada dövlət terrorizmi təşkilatlandıran, eləcə də on illərlə terror, müharibə və insidentlər törədən sionist rejim öz hüquqlarını tələb etmək üçün ayağa qalan və mübarizə aparan Fələstin xalqını terrorçu adlandırır, sionizmdən asılı və bir çox qərbli muzdlu medialar da etik və media məsuliyyətlərini tapdalayaraq bu böyük yalanı təkrarlayırlar. İnsan haqlarının iddiaçısı olan siyasi başçılar da bütün bu cinayətlərə göz yumur, utanmadan bu faciələr yaradan rejimi dəstəkləyir və onu müdafiə edən vəkil rolunda görünürlər.
Sözümüz budur ki, Fələstin fələstinlilərə aiddir və onun işğalının davam etməsi beynəlxalq sülh və təhlükəsizliyə böyük, qəbuledilməz zülm və əsas təhlükədir. “Fələstin məsələsinin həlli” üçün qərblilər və onlardan asılıların təklif etdikləri və izlədikləri bütün yollar yanlış və uğursuz olub və gələcəkdə də belə olacaqdır. Biz ədalətli və tam demokratik həll yolu təklif etmişik: Bütün fələstinlilər, istər hazırkı sakinlər, istərsə də digər ölkələrə qovulanlar, öz fələstinli mentalitetini qoruyanlar, istər müsəlman, istər xristian, istərsə də yəhudilər dəqiq və arxayın edilən nəzarətlə ümumi bir referendumda iştirak etsinlər, bu ölkənin siyasi quruluşunu formatını seçsinlər, illərlə didərginlikdə əzab çəkən bütün fələstinlilər öz ölkələrinə qayıtsınlar və bu referendumda və sonra isə konstitusiyanın tənzimlənməsi və seçkilərdə iştirak etsinlər. O zaman sülh bərqərar olunacaq.
Burada istəyirəm ki, indiyə qədər həmişə səhnədə sionist rejimin müdafiəçisi və arxası kimi hazır olan amerikalı siyasətçilərə xeyirxahlıq nəsihəti verəm: Bu rejim indiyə qədər sizin üçün saysız başağrıları yaratmışdır; Sizin simanızı region xalqları arasında mənfur olmuşsunuz və siz onların gözündə qəsbkar sionistlərin cinayətlərinə şərik görünürsünüz; Uzun illər mütəmadi şəkildə bu yoldan keçən tərəfindən ABŞ xalqı və hökumətinə maddi və mənəvi xərclər qəbul etdirilmişdir. Ehtimal üzrə gələcəkdə bu yol davam edərsə, sizin xərcləriniz daha da ağırlaşacaq. Gəlin İslam Respublikasının referendum barəsindəki təklifinə düşünün və şücaətli qərarla özünüzü açılmaz düyündən xilas edin. Şübhəsiz region xalqları və dünyanın bütün azad düşüncəliləri bu qərarı müsbət qarşılayacaqlar.
Əziz qonaqlar!
İndi isə yenə başlanğıc sözə qayıdıram. Dünyanın hazırkı şəraiti çox önəmli tarixi bir düyündən keçməkdədir. Yeni quruluşun dünyaya gələcəyi gözlənilir. Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyətin üçdə ikisini özündə cəmləşdirib və gələcəyin formalaşmasında böyük rolu oynaya bilər. Bu böyük iclasın Tehranda təşkil olunması da hesablamalarda işə yarıyacaq çox mənalı bir hadisədir. Biz bu hərəkatın üzvləri öz geniş potensial və imkanlarımızı artırmaqla dünyanı de-stabil vəziyyət, müharibə, müstəmləkəçilikdən xilas etmək üçün tarixi və əbədi rolu yarada bilərik.
Bu məqsəd təkcə bizim bir-birimizlə hərtərəfli əməkdaşlığımız ilə mümkündür. Bizim aramızda çox sərvətli, eləcə də beynəlxalq nüfuza malik ölkələr az deyildir. Problemlərin əlacı iqtisadi və media əməkdaşlıqları, inkişafa və aliliyə doğru təcrübələrin ötürülməsi ilə tamamilə mümkündür. İradələrimizi ciddiləşdirməliyik; məqsədlərimizə vəfadar qalmalıyıq. Zorakı qüdrətlərin qaşqabağından qorxmayaq və onların təbəssümünə sevinməyək; İlahi iradə və yaradılış qanunlarını özümüzə arxa bilək; ötən iki on ildə kommunist düşərgəsinin məğlubiyyət təcrübəsi və hal-hazırda Avropa ölkələri və Amerikanın küçələrində nişanəsi görünən və hamının bu ölkələrdə iqtisadiyyatın açılmaz düyünləri ilə üzləşən qərbin “liberal” demokratiya siyasətlərinin məğlubiyyətinə ibrət gözü ilə baxaq. Nəhayət ABŞ-dan asılı və sionist rejimlə müttəfiq Şimali Afrikadakı diktatorların süqutu və region ölkələrindəki islami oyanışı böyük fürsət sayaq. Biz beynəlxalq idarəçilikdə “Qoşulmama Hərəkatının siyasi səmərəliliyi”nin yüksəldilməsinə düşünə bilərik; bu idarəçilikdə dəyişiklik üçün tarixi sənəd tənzimləyə və onun icra vasitələrini yarada bilərik; təsirli iqtisadi əməkdaşlıqlara doğru hərəkəti planlaşdıra və öz aramızdakı mədəni əlaqələr örnəklərini tərif edə bilərik. Şübhəsiz bu təşkilat üçün aktiv və motivə malik katibliyin təşkil olunması bu məqsədlərin nəticələrinə böyük və təsirli köməyi təqdim edə biləcək.
Təşəkkür edirəm.
1088072