IQNA

8:51 - September 03, 2012
Xəbər sayı: 2403722

Tələbələrin əsas vəzifəsi və birinci işi İslam əxlaqını yaymaqdır

İctimai qrup: Höccətul-İslam vəl-müslimin Muhəmmədhuseyn Məhdəvi Mehr – Cameətul-Mustafa Əl-Aləmiyyə Universitetinin rəis müavini, dedi: Quran və İslam maarifi təlimlərinə əsaslanaraq İslami əxlaqın yayılması tələbələrin əsas və birinci dərəcəli işi olmalıdır.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Şərq və Cənub-Şərq regionu şöbəsinin verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Muhəmmədhuseyn Məhdəvi Mehr – Cameətul-Mustafa Əl-Aləmiyyə Universitetinin rəis müavini, avqust ayının 29-da Tayland tələbələr ilə Bankokun "Rəsulul-A`zam Quran evi"ndə keçirdiyi görüşündə dedi: Cameətul-Mustafa Əl-Aləmiyyə Universitetində təhsil alan tələbələr İslam dininin təbliği üçün tam məsuliyyətlə çalışmalıdırlar. Onlar hər zaman həmişəkindən daha çox İslam əxlaqının yayılmasında səy göstərməlidirlər".
Məhdəvi dedi: Taylandın müsəlman ailələri öz övladlarını Cameətul-Mustafa Əl-Aləmiyyə Universitetinə göndərməlidirlər ki, bu ölkənin müsəlman icması məsuliyyətli mömin qüvvələrlə güclənsin.
1087960
captcha