IQNA

Ğeynəddin, yenidən Rusiyanın Müftiyyat (Müftilər, Qazilər) şurasının sədri seçildi

9:02 - September 03, 2012
Xəbər sayı: 2403750
İctimai qrup: Ravil Həzrət Ğeynəddin – Rusiyanın baş müftisi, yenidən Rusiyanın Müftiyyat şurasının sədri seçildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa regionu şöbəsinin verdiyi xəbərə görə Şeyx Məhəmməd Sadiq Məhəmməd Yusif – Qazaxıstan və Orta Asiyanın keçmiş baş müftisi, avqust ayının 30-da Ravil Həzrət Ğeynəddin – Rusiyanın baş müftisi, yenidən Rusiyanın Müftiyyat şurasının sədri seçilməsi münasibəti ilə təbrik məktubu göndərərək deyib: İslam dininə bir-neçə millətdən təşkil olunmuş çox dinli böyük bir dövlətdə sadiqanə xidmət etmək çox böyük bir iftixardır... Arzu edirəm ki, işlərinizdə uğur qazanasınız və İslam və Rusiya müsəlmanlarının gözəl mövqe qazanması və İslam dini üçün gərəkli proqramların həyata keçirlməsi üçün müvəffəq olasınız.
1088679
captcha