IQNA

9:15 - September 05, 2012
Xəbər sayı: 2405415

İslami Yoldaşlıq Təşkilatı sionist rejiminə xəbərdarlıq etdi

Beynəlxalq qrup: Əkmələddin Ehsanoğlu - İslami Yoldaşlıq Təşkilatının baş katibi, sonistlərin "şərab bayramı"nın sentyabr ayının 5 və 6-da tarixi məscidlərdən olan Berus-səb`də keçiriləcəyi xəbəri yayıldıqdan sonra, bu addımı məhkum edərək bu işin pis nəticəsinə dair də sionistlərə ciddi xəbərdarlıq etdi.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) "OİC" saytına istinadən verdiyi xəbərə görə Əkmələddin Ehsanoğlu - İslami Yoldaşlıq Təşkilatının baş katibi, elan edib: Bu addım məscidin bağlanması və müsəlmanların məscidə girişinin qarşısının alınması cinayəti olduqundan əlavə aşkar bir təcavüzdir.
O, təkid etdi: Bu addım sionistlərin Fələstindəki tarixi məkanlara və məscidlərə hücumlarının davamıdır. Onlar bu təhqirlərə yol verərək müsəlmanların müqəddəs duyğu və hislərini yaralamaq istəyirlər. Bu kimi təcavüzlərin günahkarı sionist rejimdir. Bu addımlar beynəlxalq qanunların sındırılması və regionda sakitliyin pozulmasıdır.
Əkmələddin Ehsanoğlu - İslami Yoldaşlıq Təşkilatının baş katibi, Beynəlxalq ictimaiyyətdən, İnsan haqları təşkilatından, Yunesko və Mədəniyyətlər birliyinin ali komissarlığından öz vəzifələrinə əməl və İsraili bu cür addımlarını dayandırmağa və müqəddəs məkanlara ehtiamla yanaşmağa məcbur etmələrini istədi.
1090218
captcha