IQNA

22:36 - September 12, 2012
Xəbər sayı: 2410343

Kanadalı anti-İslamlar Untaryu məscidini təhqir etmək istəyirlər

Beynəlxalq qrup: Kanadalı anti-İslamlar ümumi elan yayaraq Torento vətəndaşlarından istəyiblər ki, sentyabrın 14-də Untaryu məscidinin önündə öz itləri ilə toplaşaraq bu ibadi məkanı təhqir etsinlər.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) "trouvetamosquee" saytına istinadən verdiyi xəbərə görə KİV-lərin verdiyi xəbərə görə Torento müsəlmanları Beynəlxalq Qüds günü mitinqinə hazırlaşdığı zaman Alen İnstus öz itini bir müsəlman qadının üzərinə qısqırtmışdı ki, bu şəxs təhlükəsizlik işçiləri tərəfindən yaxalanmışdı.
Kanadalı anti-İslam dəstələr də bu fürsətdən istifadə edərək Facebookda ümumi elan yayıb Alen İnstusun bu heyvani hərəkətinin havadarlarından sentyabrın 14-də Untaryuda Səahəddin Əyyubi məscidinin önündə öz itləri ilə toplaşaraq bu ibadi məkanı təhqir etmələrini istəyiblər. Onlar bununla da Alen İnstusa onunla bir olmalarını və Kanadanın İslamlaşmasının əleyhinə olmalarını elan etmək istəyiblər.
Bunun müqabilində İslamçılar müsəlmanlardan polisə bununla bağlı şikayət ərizəsi vermələrini istəyiblər.
1095234
captcha