IQNA

Amerikada "Həcc ziyarətindən necə faydalanaq" adı altında internet şəbəkəsində birbaşa (online) seminar keçiriləcək

22:57 - September 27, 2012
Xəbər sayı: 2421105
İctimai qrup: Şimali Amerikanın Müsəlmanların Dini İşlər Mərkəzi təşkilatı tərəfindən sentyabr ayının 29-da Amerikada "Həcc ziyarətindən necə faydalanaq" adı altında internet şəbəkəsində birbaşa (online) seminar keçiriləcək.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Amerika regionu şöbəsinin verdiyi xəbərə görə Şimali Amerikanın Müsəlmanların Dini İşlər Mərkəzi təşkilatı sentyabr ayının 25-də elan edib ki, sentyabr ayının 29-da Amerikada yerli vxatla saat 11-dən 12-dək "Həcc ziyarətindən necə faydalanaq" adı altında internet şəbəkəsində birbaşa (online) seminar keçiriləcək. Hamı bu proqramda iştirak edə bilər.
Bu seminarda Müzzəmmil Siddiqi – Şimali Amerikanın Fiqh (dini qanunlar) Məclisinin rəisi və Mədinənin İslam Elmləri akademiyasının məzunları Həcc əməllərinin fəziləti və Həcc ayinləri barədə danışacaqlar.
1106875
captcha