IQNA

23:50 - October 03, 2012
Xəbər sayı: 2425567

Mərakeş, Peyğəmbəri (s) təhqir edən yeddi Avropa qəzetinin yayımının qarşısını aldı

Beynəlxalq qrup: İspaniya və Fransanın iki qəzetində Peyğəmbəri (s) təhqir edən təsvirlərin yayımının ardınca Mərakeş dövləti bu həftə bəzi Avropa qəzetlərinin bu ölkədə yayımını qadağan etdi.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) "BLADİ" saytına istinadən verdiyi xəbərə görə İspaniyanın "Əl-Xəmis" və Fransanın "Charlie Hebdo" qəzetində Peyğəmbəri (s) təhqir edən təsvirlərin yayımının ardınca Mərakeş dövləti bu həftə İspaniya və Fransanın altı və Almaniyanın 1 qəzetinin bu ölkədə yayımını və satışını qadağan etdi. Bu qəzetlər aşağıdakılardan ibarətdirlər: "Aomanath", Fransa Bu Gün", " Liberation", "Marianne" və "Le Fa Gaaro" (Fransa qəzetləri), İspaniyanın "LP" qəzeti və Almaniyanın " Spiegel" qəzeti.
Mustafa Xələfi – Mərakeşin Rabitə Naziri, bu qəzetlərin satışının qadağan olunmasının müsəlmanlar tərəfindən yaxşı qarşılandığını deyib.
Qeyd edək ki, Avropa qəzetləi iqtisadi niyyətlərlə belə mənfur və axmaq addımları atırlar.

1112508
captcha