IQNA

Vaşington metro dayanacaqları Quran ayələri ilə zinətlənəcək

15:38 - October 13, 2012
Xəbər sayı: 2430685
Beynəlxalq qrup: Amerika İslami Əlaqələr Şurası (CAİR) anti-İslam təbliğatlarla mübarizə üçün “Vaşington metro dayanacaqlarının Quran ayələri ilə zinətlənməsi proqramı”nı həyata keçirəcəkdir.
İQNA-nın CAİR saytına istinadən verdiyi xəbərə görə Amerika İslami Əlaqələr Şurası dünən oktyabr ayının 12-dən etibarən “Vaşington metro dayanacaqlarının Quran ayələri ilə zinətlənməsi proqramı”nın icrasına başlamışdır. Bu layihə bir ay müddətində həyata keçiriləcəkdir.
Bu 5 metr hündürlüyündə olan elan şitlərinin üzərinə ƏRAF surəsinin 199 ayəsi yazılacaqdır.
«خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِين»
Amerika İslami Əlaqələr Şurası (CAİR) bu layihənin anti-İslam təbliğatlarla mübarizə və qeyri-müsəlmanları İslam maarifi ilə tanış etmək üçün həyata keçirildiyini demişdir.
1118179
captcha