IQNA

Şimali Nigeriyada məscidə edilən hücum nəticəsində 20 nəfər həyatını itirib

9:07 - October 16, 2012
Xəbər sayı: 2432347
Beynəlxalq qrup: Silahlı şəxslər oktyabrın 14-də Şimali Nigeriyada Kaduna şəhərinin Duqudava kənd məscidinə hücum edib. Hadisədə 23 nəfər həyatını itirib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) PressTV kanalına istinadən verdiyi xəbərə görə Məhəmməd Əbdullahi – Kaduna əyalətinin məsul şəxsi, elan edib: Ötən günü (14 oktyabr) polis paltarları geyinmiş silahlı şəxslər Şimali Nigeriyanın Kaduna şəhərinin Duqudava kəndində məsciddən çıxan namazqılanlara güllə atəşi açıblar. Hadisədə 23 nəfər ölüb və neçə nəfər yaralanıb.
Nigeriya Polis rəisi bildirib ki, 60 nəfərə yaxın sılahlı polis paltarı geyinmiş şəxs "AK47" tüfəngləri və digər silahlarla namazqılanları güllə atəşinə tutub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hadisənin səbəbi kimi silahlı quldurların bu kənd əhalisi ilə qarşıdurmasında banda üzvlərindən bəzilərini itirmələri göstərilib.
İndiyədək heç bir qruplaşma bu hücumun məsuliyyətini üzərinə götürməyib.
Bu silahlı dəstə 2009-cu ildən bu vaxtadək Nigeriyanın müxtəlif yerlərinin partladılmasını üzərinə götürmüşdür.
Bu dəstə İslami şəxsiyyətləri və BMT-nin Əbucadakı nümayəndəliyini də terror etmişlər.

1119884
captcha