İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Nun – نون" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Əli Xəzir Həci – İmam Əli (ə) hərəminin idarə heyətinin üzvi və Nəcəf beynəlxalq "Ğədir-Xum" festivalının baş təşkilatçısı, dedi:
Bu festivalın keçirilməsi üçün bütün lazım olan hazırlıqlar həyata keçirilib.
Ğədir-Xum bayramının qiymətləndirilməsi üçün təşkil olunan və Noyabr ayının 5-də İmam Əli (ə) hərəmində keçiriləcək festivalda 37 ölkədən dini şəxsiyyətlər, alimlər, qələm əhli və müxtəlif dinlərdən və millətlərdən olan insanlar iştirak edəcəklər.
Məhəmməd Səid Türeyhi - İraqın "Nəcəf əl-əşrəf" şəhərində keçiriləcək ilk beynəlxalq "Ğədir-Xum" festivalının təşkilatçılarından, festivalın dəbirxanasına 160 məqalənin göndərildiyini, festivalda nadir Quran və əlyazma kitab nüsxələrinin və İmam Əliyə (ə) mənsub əlyazmanın sərgiyə qoyulacağını xəbər verdi.
Festivalda müxtəlif ölkələrdən şairlərin iştirakı ilə şer gecəsi keçiriləcək və qonaqlar üçün ərəb və ingilis dillərində kitablar çap olunmuşdur.
Festivalda qeyri – İslami dinlərin və qeyri-şiə məzhəblərin nümayəndələri də iştirak edəcəkdir.
1128751