IQNA

23:38 - November 26, 2012
Xəbər sayı: 2454156

Yəməndə 50 ildən sonra İmam Hüseyn (ə) Aşurası əzadarlığı keçirildi

Beynəlxalq qrup: Yəmən xalqı yarım əsrdən sonra ilk dəfə olaraq İmam Hüseyn (ə) şəhadətinin əzadarlıq mərasimini ümumi şəkildə Yəmənin paytaxtı Səna şəhərində keçirdilər.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Press Tv" kanalına istinadən verdiyi xəbərə görə Zeydilərin 1000 illik hakimiyyəti 1962-ci ildə çeviriliş ilə süqut etdikdən sonra bu il ilk dəfə olaraq Mərhərrəmlik mərasimi bu ölkədə ümumi və kütləvi şəkildə qeyd olundu.
Noyabr ayının 24-də Yəməndə keçirilən əzadarlıq mərasimlərindən birinə terrorist həmləsi olunmuşdur ki, nəticədə 4 şəhid olub və 13 nəfər yaralanıb.
Bu fürsətdən istifadə edən Yəmən xalqı xiyabanlara axışmış və Amerikanın onların ölkəsinə ardıcıl hücumlarını və daxili işlərinə qarışmalarını məhkum etmişlər.
Aksiyaçılar Əli Abdullah Salehin və onun tərəfdarlarının da xalqı qətliam etdikləri üçün cəzalandırılmalarını tələb ediblər.

1143136
captcha