Siyasi qrup: "İxvanul-Müslimin" – (Müsəlman Qardaşlar) Misirin ən böyük İslamtəmayüllü partiyası, Misirdə daha çox asayiş və təhlükəsizliyin yaranması üçün yeni əsas qanuna (konstitusiya) müsbət rəy verdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Afriqa regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Misirdə son günlərdə yeni ana qanunla bağlı bir sıra keşməkeşlər baş verdi ki, bunun nəticəsində yeni konstitusiyanın qəbulu üçün Milli Referendum keçirildi və Misir xalqı bu gün yeni əsas konstitusiyaya rəy bildirmək üçün seçki məntəqələrinə toplandılar.
Bu yönəmdə də "İxvanul-Müslimin" – (Müsəlman Qardaşlar) Misirin ən böyük İslamtəmayüllü partiyası, Misirdə daha çox asayiş və təhlükəsizliyin yaranması üçün bu gün (15 dekabr) yeni əsas qanuna (konstitusiya) müsbət rəy verdi və bütün silahdaşlarından istədi ki, yeni konstitusiyanı öz müsbət rəyləri ilə təyid etsinlər.
Qeyd edək ki, Misir İslamçıları bu Milli Referendomu 30 illik diktatoradan sonra "Demokratiyanın təməl daşı" adlandırıblar.
1154220