IQNA

Malinin İslami və Tarixi abidələri Vəhabi qruplaşması tərəfindən dağıdılır

11:18 - December 27, 2012
Xəbər sayı: 2470943
Beynəlxalq qrup: Vəhabilərin "Ənsarəddin" qruplaşması BMT-nin Mali ordusunun gücləndirilməsinə razılıq verəndən sonra UNESСO-da belə qeydiyyatdan keçən İslami və Tarixi abidələri dağıtmaqda davam edir.
İQNA-nın Afriqa şöbəsinin verdiyi məlumata əsasən, BMT, qərbi İslam ölkələrində əl-Qaidə qruplaşması ilə əlaqəli olan qruplarla mübarizə aparmaq üçün Afrika ölkəsinin rəhbərliyi ilə yeni qüvvələrin yerləşdirilməsinə razılıq verib; əl-Qaidə qruplaşması isə ötən günü Malinin Timbuktu şəhərində bir neçə ziyarətgahı dağıdıb.
Timbuktu şəhər sakini olan Yusif deyib: "İslamçılar ötən günü sübh tezdən ziyarətgahları dağıtmağa başlayıblar. Bu dəfə yeni ziyarətgahları hədəfə alıblar". Şəhər sakinlərinin sözlərinə görə 15 nəfərə yaxın silahlı bu ziyarəthaglara hücum çəkib.
Digər bir şəhər sakini bildirib ki, ziyarətgahlara hücum çəkənlər deyirdilər ki, biz bunu ona görə edirik ki, insane yalnız Allaha pərəstiş etməlidir, heç bir qəbir insanlara sityiş yeri olmamalıdır və bütün dünya bilsin ki, xaricilərin hərbi müdaxilə təhdidləri bizə təsir buraxa bilməz.
Timbuktu şəhəri qədimi əsərlərinə görə UNESСO-nun siyahısına düşüb.
Əl-Qaidə qruplaşması ilə əlaqəli olan radikal islamçılar ötən aprel ayından Malini nəzarət altına alıblar.
Ənsarəddin qruplaşması indiyədək dörd tarixi məqbərəni bu şəhərdə bütpərəstlik nişanəsi adlandıraraq məhv ediblər.
1160272
captcha