IQNA

11:28 - December 31, 2012
Xəbər sayı: 2473100

Demokratiya heç vaxt silah, müharibə və qırğınla qazanılmayacaqdır

Suyasi qrup: Məhmud Əhmədinəjad - İran İslam Respublikasının Prezidenti, Suriyanın İrandakı yeni səfiri ilə görüşündə demokratiyanın heç vaxt silah, müharibə və qırğınla qazanılmayacağına təkid edərək dedi: "Demokratiyanın üzü belə görməmiş Qərbli düşmənlərin və onların regionda himayə etdikləri bəzi ölkələrin Suriya hadisələri barədə demokratiyadan danışdıqlarını müşahidə etdikdə onların yalan iddiaları hamı üçün aydınlaşır".

İQNA-nın (İran Quran Xəbər Agentliyi) İİR-in Prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Məhmud Əhmədinəjad - İran İslam Respublikasının Prezidenti, dekabr ayının 29-da Suriyanın İrandakı yeni səfiri ilə görüşündə demokratiyanın heç vaxt silah, müharibə və qırğınla qazanılmayacağına təkid edərək dedi:
"Şübhəsiz ki, şəraitin nə qədər çətin olursa olsun sonda qələbə və işıqlı gələcək millətin və xalqın olacaqdır. Xalqın düşmənlərini isə çox pis bir gələcək gözləyir.
Allahın lütfi ilə İran və Suriya xalqları dünyanın bütün azad və müstəqil xaqları ilə birlikdə həqiqi izzət, ucalıq və xoşbəxtliyi təcrübə edəcəklər.
Təcrübə göstərmişdir ki, qərblilər təkcə öz maraqlarını güdürlər. Bu gün qərblilərin ardınca gedənlər bilməlidirlər ki, onların taleyi yaxşı olmayacaqdır.
Suriyada müharibənin dayandırılması, sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması zəruridir və həqiqətən Suriyanın halına yananlar buna kömək etməlidirlər".

1163005
captcha