İQNA-nın (İran Quran Xəbər Agentliyi) "unified-ummah.com" – Vahid Ümmət xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Miyanmarın müsəlmanlar məskunlaşmış Arakan regionundakı nisbi sakitçiliyin ardınca İran İslam Respublikasının "Miyanmar Müsəlmanlarını Himayə" xalq təşkilatının "Vahid Ümmət" beynəlxalq birliyi ilə birgə topladığı ilk humanitar yardım Bangladeş sərhəddindəki qaçqın Miyanmar müsəlmanlarının düşərgəsinə çatdırıldı.
İran İslam Respublikasının "Miyanmar Müsəlmanlarını Himayə" xalq təşkilatı "Vahid Ümmət" beynəlxalq birliyi və Tələbə Təşəkkülləri ilə birgə Miyanmar müsəlmanları üçün xalqdan Ramazan ayında 40 min dollar məbləğində kömək toplaya bilmişdirlər.
Bu köməklər Bangladeşə aparılmış və regiondakı böhranlı vəziyyətə görə həftələrlə intizardan sonra ərzaq və kegiyim şəkilində İİR adına Miyanmarlı qaçqınlar arasında paylandı.
Qeyd edək ki, bundan öncə Vahid Ümmət Humanitar birliyi Qəzzə və Pakistana da humanitar yardım etmiş, Sumalidəki fəqirlərə 200 ton ərzaq göndərmişdir.
1165206