IQNA

Xarici tələbələrin İslam İnqilabının ildönümündə izdihamlı yürüşü

22:33 - February 10, 2013
Xəbər sayı: 2494274
Siyasi qrup: İran İslam İnqilabının 34-cü ildönümündə İranın Qum şəhərində dini təhsil alan xarici tələbələr də İran xalqına qoşularaq ənənəvi yürüşdə iştirak etdilər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Qum şöbəsinin verdiyi xəbər görə İran İslam İnqilabının 34-cü ildönümündə İranın Qum şəhərində "Cameətul-Mustafa Əl-Aləmiyyə (s)" beynəlxalq universitetində dini təhsil alan xarici tələbələr də İran xalqına qoşularaq ənənəvi "22 bəhmən" (bu il 10 fevral) yürüşündə iştirak etdilər.
Əl-Mustafa (s) beynəlxalq universitetinin 60 ölkədən olan tələbələri bu gün Qum şəhərində İran xalqına qoşularaq İran İslam İnqilabının ənənəvi ildönümü yürüşündə iştirak edərək İran İslam Respublikasını himayə etdiklərini vurğuladılar.
Xarici tələbələr Ərəb və İngilis dillərində işğalçılar və müstəkbilər əleyhinə şüarlar səsləndiriblər.

1186273
captcha