IQNA

16:41 - February 23, 2013
Xəbər sayı: 2501231
Siyasi qrup: Tehran əhalisi və İslam İrfanı vurğunları bu gün səhər çağı Tehran Universitetinin müsəllasına yığışaraq əxlaq müəllimi Ayətullah Xoşvəqti son mənzilə doğru yola saldı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Tehran əhalisi, Ayətullah Xoşvəqtin şagidləri, onu sevənlər və İslam İrfanı vurğunları bu gün səhər çağı Tehran Universitetinin müsəllasına yığışaraq əxlaq müəllimi Ayətullah Xoşvəqtin cənazə namazını Ali Dini Lider Həzrət Ayətullah Xameneinin imamlığı ilə qılıb onu son mənzilə doğru yola saldılar.
Mərasimdə mömin əhalidən başqa görkəmli din alimləri, universitet müəllimləri, hökumət rəsmiləri o cümlədən Rəhbərlik Ekspertlər Məclisinin sədri Ayətullah Məhdəvi Kəni, İran prezidenti Mahmud Əhmədinejad, İslam Şurası Məclisinin sədri Əli Laricani, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər. geniş iştirak edib.Dəfn mərasimi başlamazdan və o mərhuma meyit namazı qılınmazdan öncə, bu mərasimdə iştirak edənlər əzadarlıq ediblər.
Qeyd edək ki , Həcci-ümrə üçün Ərəbistanda səfərdə olan Ayətullah Xoşvəqt çərşənbə günü ( 22 fevral) ağ ciyər infeksiyası, böyrək və ürək xəstəliyi üzündən Məkkədə dünyasını dəyişdi.
Müctəhid və əxlaq müəllimi Ayətullah Əzizullah Xoşvəqt Tehranda Taliqani kəsişməsində yerləşən İmam Həsən Mutcaba (ə) məscidinin imam camaatı idi. O Əllamə Təbatəbainin əxlaq və ürfan şagirdlərindən olub.
O inqilabın əvvəlində Ali Mədəni İnqilab Şurasının üzvlərindən olub.
Dəfn mərasimindən sonra bu əxlaq müəllimi Rey şəhərinə aparılaraq Həzrət Əbdüləzim Həsəninin hərəmində dəfn olunacaq.
Mərhumun cənazəsi dünən vətənə gətirilib.
1193246
Ad:
E-poçt:
* Comment:
* captcha: