İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "bu.edu" xəbər saytına istinadən verdiyi xəbərə görə Gələn həftə Amerikanın paytaxtı Vaşinqtonun Harvard Universitetində "Quranda tədəbbür (təfəkkür) - Contemplating the Quran" adlı elmi toplantı keçiriləcək.
Toplantının əsas hədəfi Quran, Təfsir və Qiraət, həmçinin bu səmavi kitabdan düşünülən müxtəlif anlamların və Quranın tərkibi və mənası arasında olan rabitə barəsində mübahisə və müzakirə üçün zəmin yaratmaqdır.
Bu iki günlük toplantıda çalışılacaq ki, Quranı təfsiri və mənasını düşünmək üçün yeni metodları müasir dövrün dini, əxlaqi və ictimai problemlərini nəzərə alaraq müzakirə edilsin.
Bu elmi toplantıda "Quran yəhudi və məsihilərlə dialoqda", "Quran, iman, tənqidi təfəkkür", Quranda cinsiyyət", "Quranda əxlaq", "Quranın surələrinin mövzu əsasında təhlili" və s... kimi mövzular müzakirə ediləcək.
"Quranda tədəbbür (təfəkkür) - Contemplating the Quran" adlı elmi toplantı gələn həftənin 1-ci və 2-ci günü (23 və 24 mart) Amerikanın paytaxtı Vaşinqtonun Harvard Universitetinın İlahiyyat bölməsində keçiriləcəkdir.
1205324