IQNA

Almaniya kitabxanalarında İslama aid 20 min əlyazma kitab nüsxəsi mövcuddur

23:52 - April 08, 2013
Xəbər sayı: 2516342
Beynəlxalq qrup: Almaniyanın Berlin şəhərinin Milli Kitabxanasının Şərqşünaslıq bölməsinin müdiri Almaniya kitabxanalarında ən azı 20 min İslami əlyazma kitab nüsxəsinin olduğunu deyib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət İşləri İdarəsinin internet saytına istinadən verdiyi xəbərə görə Şneyder Kamvf - Almaniyanın Berlin şəhərinin Milli Kitabxanasının Şərqşünaslıq bölməsinin müdiri, İİR-nın Almaniyadakı Mədəniyyət İşləri Nümayəndəsi Mehdi İmanipur ilə görüşündə Almaniya kitabxanalarında ən azı 20 min İslami əlyazma kitab nüsxəsinin olduğunu deyib. Berlinin Milli Kitabxanasında keçirilən bu görüşdə tərəflər mədəni maraqlar haqqında müzakirə ediblər.
Kristofer Ravxın - Berlin şəhərinin Milli Kitabxanasının Şərqşünaslıq bölməsinin müdiri, bu görüşdə iştirak etmiş və beynəlxalq kitab servisləri ilə əlaqələrin möhkəmləndirilməsi və milli kitabxananın genişləndirilməsi mövzusuna toxunulmuşdur.
Kristofer Ravxın Berlin kitabxanalarında qeydiyyata düşməmiş çoxlu İslami əlyazma kitab nüsxələrinin olduğunu vurğulayaraq deyib ki, bu kitablar bir sıra tarixi sualların cavabı ola bilər.
Bu 20 min nüsxə kitab şəxsi əllərdə olan əlyazma kitabları nəzərə almadan verilən hesabatdır.

1209759
captcha