İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Afriqa regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Nigeriya müsəlmanları Lagos regionunun məktəblərində İslami hicabın qadağan olunması qanununu pisləyib və bu qanuna etiraz olaraq aksiya keçiriblər.
Nigeriya müsəlmanları İslami hicabın qadağası qanununu müsəlman şagird və tələbələrin əsas hüquqlarının pozulması kimi qiymətləndiriblər.
Bun qanuna əsasən müsəlman qızlar İslami geyim və örtüklə məktəb və elm ocaqlarında iştirak edə bilməzlər. Buna görə də Nigeriyanın müsəlman tələbələri və İslam Cəmiyyətinin elm adamları, ustad və fəalları may ayının 19-da aksiya keçirirərək dövlətdən bu qanunun ən tez vaxtda ləğv edilməsini tələb ediblər.
1230525