IQNA

Naməlum şəxslərin Xorvatiyanın böyük məscid və İslam mərkəzinə hücumu

23:22 - May 28, 2013
Xəbər sayı: 2540388
Beynəlxalq qrup: Naməlum ekstremist şəxslər Xorvatiyanın Ryaka şəhərində böyük məscid və İslam mərkəzinə hücum edib və məscidin şüşələrini sındırıblar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islam.ru" xəbər saytına istinadən verdiyi xəbərə görə naməlum ekstremist şəxslər Xorvatiyanın Ryaka şəhərində yeni istifadəyə verilən məscid və İslam mərkəzinə hücum edib mərkəzin şüşələrini daşla sındırıblar.
Xeyrəddi- İslam Birliyinin direktoru deyib: "Naməlum ekstremist şəxslər yeni istifadəyə verilən məscid və İslam mərkəzinə hücum edib mərkəzin şüşələrini daşla sındırdılar; məscid 20 gün idi ki istiafdəyə verilmişdi".
Onun sözlərinə görə, kəşfiyyat mütəxəssisləri hadisə ilə bağlı geniş araşdırma aparmağa başlayıblar.
Xeyrəddin əlavə edib: "Xorvatiyanın İslam Birliyi 50 ildən çoxdur ki, fəaliyyət göstərir və Birliyin atrixində ilk hörmətsizlik hadisəsidir".

1235154
captcha