İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İranın yeni prezidentinin rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə Tunis prezidenti iyul ayının 13-də telefon bağlantısı zamanı İranın yeni prezidenti Höccətül-İslam Ruhaniyə Mübarək Ramazan ayının daxil olması və həmçinin Cənab Ruhaninin prezident seçilməsi münasibəti ilə təbrik demiş və Ramazan ayında İranın Suriyada atəşbəsin bağlanmasına kömək etməsini istəmişdir.
Höccətül-İslam Ruhani Tunis prezidentinə bu telfon bağlantısına görə təşəkkür edərək bildirmişdir: Biz dünyanın istənilən yerində mübarək Ramazan ayı və digər aylarda müsəlmanlar arasında müharibə və qanın tökülməsinə qarşıyıq.
İran xalqının yeni seçdiyi prezident əlavə edib: Bütün islam ölkələri müsəlmanlar arasında müharibə, qarşıdurma və qanın tökülməsinin qarşısını almaq üçün çalışmalıdır və İran da bu sahədə heç bir səyini əsirgəməyəcək.
1257318