IQNA

Yunan dövləti ölkəsinin müsəlmanlarının problemlərini həll etmək niyyətindədir

19:31 - July 27, 2013
Xəbər sayı: 2567655
Siyasi qrup: Yunan dövləti müsəlmanları və onların müqəddəs və məzhəbi məkanlarını himayə edən qanun qəbul etmək və müsəlman azlıqları rəsmi olaraq tanımaq qərarına gəlib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə gərə Yunan KİV-lərinin yaydığı xəbərlərdə deyilir ki, Yunan dövləti ölkəsinin müsəlmanlarının problemlərini həll etmək, müsəlmanları və onların müqəddəs və məzhəbi məkanlarını himayə edən qanun qəbul etmək və müsəlman azlıqları rəsmi olaraq tanımaq qərarına gəlib. Bu hədəflə müsəlmanların yaşadığı Təraki Dağlıq regionunda da bəzi işləri həyata keçirişdir.
Bu siyasətin həyata keçirilməsi yönündə Kalan Jeys Yurqus – Yunan Dinlər Nazirliyinin münşüsi, müsəlmanları himayə edən qanun layihəsini bu ölkənin milli məclisinə təqdim etmişdir.
Bu qanun layihəsinin milli məclisdə səsə qoyulacağı zaman Yunanın müsəlman rəhbərləri də iştirak edəcəkdir. Bu qanun Yunanıstanın Ana qanununun 16 maddəsinə uyğun olaraq dinlərin və ibadət məkanlarının rəsmi tanınması ilə bağlı araşdırılacaqdır.

1264166
captcha